Neft ucuzlaşır: Brent bir barel üçün $87,74 təşkil edir

09:50 - 28.07.2026


28 iyul, Fineko/abc.az. Çərşənbə axşamı ticarət əməliyyatları zamanı etalon markaların qiymətləri enməyə davam edir.

Saat 09:45-ə olan məlumata görə, ICE Futures birjasında Brent neftinin sentyabr fyuçersi 0,62 dollar (0,70%) ucuzlaşaraq bir barel üçün 87,74 dollar təşkil edib. 27 iyul ticarətinin yekunlarına görə, onun qiyməti 8,42 dollar (8,70%) azalaraq bir barel üçün 88,36 dollara düşmüşdü.

Nyu-York Əmtəə Birjasında (NYMEX) WTI neftinin sentyabr fyuçersi saat 09:45-ə qədər 0,55 dollar (0,67%) ucuzlaşaraq bir barel üçün 82,06 dollar olub. Əvvəlki sessiyanın yekunlarına görə, onun dəyəri 6,70 dollar (7,50%) azalaraq bir barel üçün 82,61 dollara enmişdi.

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 7,15 dollar (6,96%) azalaraq bir barel üçün 95,58 dollar təşkil edib.