İranla münaqişənin uzanması fonunda neftin qiyməti 110 dollara yaxınlaşıb

21:12 - 24.07.2026


24 iyul, Fineko/abc.az. Yaxın Şərqdə hərbi əməliyyatların və İranla münaqişənin uzanması fonunda dünya bazarında neft qiymətlərində artım dinamikası davam edir.

"Reuters" agentliyinin məlumatına görə, "Brent" markalı xam neftin spot qiyməti 1 barrel üçün 110 dollar həddinə çatıb.

Analitiklər bildirirlər ki, Fars körfəzindən dəniz yolu ilə enerji daşımalarında yaranan risklər və logistik maneələr qlobal bazarlarda təklif qıtlığı narahatlığını artırır, bu da neft kotirovkalarını yüksək səviyyədə saxlamağa vadar edir.