ABŞ-da işsizlik müavinəti müraciətləri 1969-cu ildən bəri ən aşağı səviyyəyə düşüb

22:08 - 23.07.2026


23 iyul, Fineko/abc.az. ABŞ Əmək Nazirliyinin məlumatına əsasən, iyulun 18-də başa çatmış həftədə ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı 22 min nəfər azalaraq 187 minə enib.

Bu, 1969-cu ildən bəri qeydə alınan ən aşağı göstəricidir. Bloomberg analitiklərinin proqnozu müraciətlərin 210 min səviyyəsində olacağını nəzərdə tuturdu.

Dörd həftəlik orta göstərici 207,5 min təşkil edib, təkrar müavinət alanların sayı isə 1,8 milyon nəfər səviyyəsində sabit qalıb. Mütəxəssislər bildirirlər ki, aşağı müraciət sayı işəgötürənlərin ixtisarlardan çəkindiyini göstərir, lakin bunun bir səbəbi də bəzi vətəndaşların əmək bazarını tərk etməsidir.