10:28 - 23.07.2026
23 iyul, Fineko/abc.az. Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,83 ABŞ dolları və ya 1,85% artaraq 100,56 dollara yüksəlib.
Xatırladaq ki, "Azeri Light" markalı neftin minimum qiyməti 2020-ci ilin 21 aprelində (15,81 dollar), maksimum qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınıb.