Çin Rusiyanın ESPO markalı neftinin alışını sürətləndirib

17:21 - 24.07.2026


24 iyul, Fineko/abc.az. Yaxın Şərqdə davam edən münaqişələr və Fars körfəzindən tədarük risklərinin artması fonunda Çinli alıcılar Rusiyanın Şərqi Sibir – Sakit Okean (ESPO) markalı xam neftinin alışını kəskin artırıblar.

Bazar mənbələrinin məlumatına görə, Rusiyanın Kozmino limanından avqust ayı üçün nəzərdə tutulan bütün neft partiyaları tam satılıb, sentyabr ayı üçün planlaşdırılan çoxlu sayda sevkiyat da artıq sifariş edilib.

Yüksək tələbat nəticəsində ESPO neftinin "ICE Brent"ə nəzərən tətbiq edilən güzəşti iki həftə əvvəlki 3-4 dollardan 1 dollara qədər azalıb.

"Kpler" analitik şirkətinin məlumatına görə, Çinin iyul ayında dəniz yolu ilə Rusiyadan gündəlik neft idxalı 1,4 milyon barelə çatmaqla cari ilin mart ayından bəri ən yüksək həddə çatır.