Qırmızı dənizdəki gərginlik fonunda "Brent" nefti 100 dolları ötüb

21:59 - 23.07.2026


23 iyul, Fineko/abc.az. Yaxın Şərqdə hərbi gərginliyin artması və tədarük zəncirindəki pozuntular fonunda "Brent" markalı neftin bir barelinin qiyməti son iki ayda ilk dəfə 100 dolları keçib.

Yəməndəki "Ənsar Allah" (husilər) hərəkatının Qırmızı dənizdə Səudiyyə Ərəbistanına məxsus neft tankerlərinə hücum etməsi və dəniz blokadası elan etməsi regionda gərginliyi daha da kəskinləşdirib.

Hörmüz və Bəbülməndəb boğazlarında gəmi hərəkətinin ciddi şəkildə məhdudlaşması, həmçinin Vaşinqton və Tehran arasında sülh danışıqları ehtimalının azalması qlobal enerji bazarlarında təklif qıtlığı və qiymət artımı risklərini artırıb.