14:21 - 22.07.2026
22 iyul, Fineko/abc.az. 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda 12 milyard 536,1 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,2% azdır.
Hesabat dövründə əmtəəlik elektrik enerjisi istehsalı 12 milyard 170,9 milyon kilovat-saat təşkil edib ki, bu da illik müqayisədə 2,7% azalma deməkdir.
Elektrik istehsalında əsas paya malik istilik elektrik stansiyalarında hasilat 9 milyard 414,2 milyon kilovat-saata enib və 8,3% azalıb. Su elektrik stansiyalarının istehsalı isə 1 milyard 874,4 milyon kilovat-saata çataraq 1,7% artıb.
Bərpa olunan enerji mənbələri üzrə dinamika fərqli olub. Külək elektrik stansiyalarında istehsal 499,9 milyon kilovat-saat təşkil edib və ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,4 dəfə artıb.
Günəş elektrik stansiyalarının istehsalı 256,4 milyon kilovat-saat olmaqla 0,8% azalıb. Biokütlə və tullantıların yandırılması ilə işləyən stansiyalarda elektrik istehsalı isə 126 milyon kilovat-saata çataraq 6,9% yüksəlib.
Bu il Azərbaycandan xaricə 271 mln. kVt-saat və ya 14.37 mln. Dollarlıq elektrik satıb.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026