17:01 - 20.07.2026
20 iyul, Fineko/abc.az. Avropa Komissiyası Çinin e-ticarət giqantı "Alibaba"ya məxsus "AliExpress" platformasını Rəqəmsal Xidmətlər Aktının (DSA) tələblərini pozaraq qeyri-qanuni, təhlükəsiz olmayan və saxta məhsulların satışına qarşı lazımi tədbirlər görmədiyi üçün 550 milyon avro (629 milyon dollar) məbləğində cərimələyib.
Bu, Avropa İttifaqının məzmun və məhsul nəzarəti qaydaları çərçivəsində tətbiq etdiyi ən yüksək məbləğli sanksiyadır.
Komissiyanın icraçı vitse-prezidenti Henna Virkkunenin sözlərinə görə, təhlükəsizlik standartlarına cavab verməyən malların satışı həm istehlakçılar üçün təhlükə yaradır, həm də qaydalara əməl edən digər şirkətlərə qarşı haqsız rəqabət formalşdırır.
Qərarı "ümidsiz və mütənasib olmayan" adlandıran "AliExpress" çatışmazlıqları aradan qaldırmaq üçün oktyabrın 20-dək Fəaliyyət Planı təqdim etməlidir.