16:12 - 14.07.2026
14 iyul, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında Azərbaycan 3,9 milyon ABŞ dolları dəyərində 5 min 554 ton bibər idxal edib.
Bu barədə Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılan hesablamalarda qeyd edilib. Nu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 12,1 %, kəmiyyət olaraq – 12 % çoxdur.
Hesabat dövründə Azərbaycan İrandan 3,9 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 16 % çox) 5 min 552 ton (+15,6 %), Türkiyədən 1,9 min ABŞ dolları dəyərində (-98 %) 1,8 ton (-99 %), Tailanddan 0,5 min ABŞ dolları dəyərində (-4 %) 0,03 ton (-40 %), Çindən 0,05 min ABŞ dolları dəyərində 0,01 ton, İspaniyadan 0,01 min ABŞ dolları dəyərində 0,01 ton (1 il əvvəl tədarük olmayıb) məhsul alıb.
Bu il son 16 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Çindən tədarük həyata keçirilib.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026