15:06 - 10.07.2026
10 iyul, Fineko/abc.az. Azərbaycan aviaşirkətləri tərəfindən beynəlxalq tranzit marşrutları çərçivəsində qonşu dövlətlərin hava məkanından istifadə edilməsi ilə bağlı növbəti maliyyə göstəriciləri bəlli olub.
Ermənistanın Mülki Aviasiya Komitəsinin yaydığı məlumata görə, 2025-ci il ərzində Ermənistan Respublikasının hava məkanı vasitəsilə həyata keçirilən uçuşlara görə Azərbaycan tərəfi qeyd olunan ölkəyə 434 316 avro vəsait ödəyib.
Bildirilib ki, sözügedən ödənişlər birbaşa deyil, mülki aviasiya sahəsində mövcud olan standart prosedurlara uyğun olaraq, "Eurocontrol" (Avropa Hava Naviqasiya Təhlükəsizliyi Təşkilatı) beynəlxalq strukturunun mərkəzi ofisi vasitəsilə və nizamlanmış tariflər əsasında həyata keçirilib.
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026