21:56 - 8.07.2026
8 iyul, Fineko/abc.az. İran mümkün bir ABŞ hücumu qarşılığında Hürmüz boğazını yenidən bağlayacağını və hərbi zərbələrə sərt şəkildə cavab verəcəyini bəyan edib. İranın dövlət televiziyası "Press TV"nin təhlükəsizlik mənbələrinə istinadən yaydığı məlumata görə, rəsmi Tehran artıq hədəf siyahısını yeniləyib və yeni hərbi strategiyanı işə salıb.
Mənbə qeyd edib ki, Hürmüz boğazından keçidlər İranın müəyyən etdiyi qaydalar çərçivəsində tənzimlənməlidir və ölkə bu məsələdə müharibəyə tam hazırdır. ABŞ Prezidenti Donald Trampın bəyanatlarının heç bir nəticə verməyəcəyini və danışıqlar prosesini baltalayacağını vurğulayan iranlı rəsmi, hər hansı bir təhdid qarşısında ABŞ ilə onun regiondakı tərəfdaşları arasında heç bir fərq qoyulmadan dərhal və adekvat cavab veriləcəyini bildirib.