16:30 - 7.07.2026
7 iyul, Fineko/abc.az. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Türk Dövlətləri Təşkilatının (TDT) Katibliyi ilə birgə 8 dildə hazırlanan “Türk iqtisadi icmalı”nın cari ilin birinci rübünə dair hesabatını dərc edib. Sənəddə TDT-yə üzv və müşahidəçi ölkələrin iqtisadi göstəricilərinin təhlili yer alıb.
Qlobal iqtisadiyyatda pay və demoqrafiya:
• ÜDM və Əhali: Türk dövlətləri hesabat dövründə 673 milyard 557,5 milyon dollar ÜDM ilə qlobal iqtisadiyyatda 2,34% paya sahib olub. Regionun ümumi əhalisi isə 178,8 milyon nəfərlə qlobal əhalinin 2,8%-ni təşkil edib.
• Ticarət dövriyyəsi: İlin ilk rübündə türk dövlətlərinin ümumi ticarət dövriyyəsi 326 milyard 11,55 milyon dollar olub ki, bu da qlobal ticarətin təxminən 3,73%-nə bərabərdir.
Ölkələr üzrə iqtisadi artım templəri:
• Qırğızıstan: %10,1
• Özbəkistan: %8,7
• Türkmənistan: %8,5
• Şimali Kipr (ŞKTR): %6,3
• Qazaxıstan: %3,0
• Türkiyə (Təşkilatın ən böyük iqtisadiyyatı): %2,5
• Macarıstan: %1,7
• Azərbaycan: %0,3
27 İyul 2026