Türk dövlətləri qlobal ticarətdə çəkisini artırır: 326 milyard dollarlıq dövriyyə

16:30 - 7.07.2026


7 iyul, Fineko/abc.az. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Türk Dövlətləri Təşkilatının (TDT) Katibliyi ilə birgə 8 dildə hazırlanan “Türk iqtisadi icmalı”nın cari ilin birinci rübünə dair hesabatını dərc edib. Sənəddə TDT-yə üzv və müşahidəçi ölkələrin iqtisadi göstəricilərinin təhlili yer alıb.

Qlobal iqtisadiyyatda pay və demoqrafiya:

•      ÜDM və Əhali: Türk dövlətləri hesabat dövründə 673 milyard 557,5 milyon dollar ÜDM ilə qlobal iqtisadiyyatda 2,34% paya sahib olub. Regionun ümumi əhalisi isə 178,8 milyon nəfərlə qlobal əhalinin 2,8%-ni təşkil edib.

•      Ticarət dövriyyəsi: İlin ilk rübündə türk dövlətlərinin ümumi ticarət dövriyyəsi 326 milyard 11,55 milyon dollar olub ki, bu da qlobal ticarətin təxminən 3,73%-nə bərabərdir.

Ölkələr üzrə iqtisadi artım templəri:

•      Qırğızıstan: %10,1

•      Özbəkistan: %8,7

•      Türkmənistan: %8,5

•      Şimali Kipr (ŞKTR): %6,3

•      Qazaxıstan: %3,0

•      Türkiyə (Təşkilatın ən böyük iqtisadiyyatı): %2,5

•      Macarıstan: %1,7

•      Azərbaycan: %0,3