16:09 - 6.07.2026
6 iyul, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub.
Bu barədə qurumdan məlumat verilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 % çox, proqnozdan isə 1,6 % çoxdur.
6 aylıq vergi daxilolmalarının 7 milyard 67,4 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 10,1 %, proqnozdan isə 2,9 % çoxdur.
Xatırladaq ki, bu il Dövlət Vergi Xidməti büdcəyə 16,91 milyard manat vəsait köçürməlidir.
26 Noyabr 2026
26 Noyabr 2026
26 Noyabr 2026
26 Noyabr 2026
24 Noyabr 2026
24 Noyabr 2026