14:39 - 6.07.2026
6 iyul, Fineko/abc.az. Bu ilin yanvar-may aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 4 milyard 163,7 milyon manat olub.
Bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, bu, 2025-cü ilin ilk 5 ayı ilə müqayisədə real ifadədə 9 % çoxdur.
Hüquqi şəxslər tərəfindən əhaliyə 3 milyard 414,5 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 82 %-ni təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,6 % artaraq 6 milyard 459,2 milyon manat olub.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026