Hindistan Fars körfəzi ölkələrindən asılılığı azaltmaq üçün ABŞ-dan LNG idxalını artırır

12:26 - 6.07.2026


6 iyul, Fineko/abc.az. Hindistanın neft şirkətləri Fars körfəzi ölkələrindən asılılığı azaltmaq məqsədilə ABŞ-dan mayeləşdirilmiş təbii qaz (LNG) idxalını artırmağı planlaşdırır.

Bu barədə 6 iyul tarixində The Times of India qəzeti yazır.

Fars körfəzi ölkələrindən tədarükün bloklanmasından sonra ABŞ Hindistan üçün əsas LNG təchizatçılarından birinə çevrilərək ehtiyat dəstək rolunu oynayıb.

Münaqişə dövründə əsas narahatlıq məhz LNG tədarükləri ilə bağlı olub. Bu səbəbdən şirkətlər mənbələri şaxələndirərək ABŞ-dan idxalı təmin edib və daxili tələbatı qarşılayıblar.

ABŞ-dan tədarüklər Hindistanın Fars körfəzi ölkələrindən asılılığını azaltmağa və strateji LNG ehtiyatları formalaşdırmağa imkan verəcək.

2026-cı ilin may ayında isə hökumət 30 günlük strateji ehtiyatın yaradılması üzrə fəaliyyət planının hazırlanmasını tapşırıb.