09:33 - 6.07.2026
6 iyul, Fineko/abc.az. Bazar ertəsi günü keçirilən ticarət əməliyyatları zamanı etalon markaların qiymətləri fərqli dinamika nümayiş etdirir.
Bakı vaxtı ilə saat 09:25-ə olan məlumata görə, ICE Futures birjasında Brent neftinin sentyabr fyuçersinin dəyəri 0,15 dollar (0,21%) azalaraq bir barel üçün 71,97 dollar təşkil edib. İyulun 3-də keçirilən ticarətin yekunlarına əsasən, müqavilənin qiyməti 0,15 dollar (0,21%) bahalaşaraq bir barel üçün 72,12 dollar olub.
Nyu-York Əmtəə Birjasında (NYMEX) WTI neftinin avqust fyuçersinin qiyməti saat 09:25-ə qədər 0,05 dollar (0,07%) artaraq bir barel üçün 68,87 dollar təşkil edib. Əvvəlki ticarət sessiyasının (iyulun 3-ü) yekunlarına görə, müqavilə 0,13 dollar (0,19%) bahalaşaraq bir barel üçün 68,82 dollar olub.
Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti isə 1,12 dollar (1,56%) artaraq bir barel üçün 72,93 dollara yüksəlib.
Ötən həftənin yekunlarına əsasən, Brent markalı neft 0,66%, WTI 0,59%, "Azeri Light" isə 1,56% ucuzlaşıb.
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026