Türkiyə Aİ-nin ödəniş sistemi ilə inteqrasiyanı hədəfləyir

15:12 - 3.07.2026


3 iyul, Fineko/abc.az. Türkiyə SEPA (Vahid Avro Ödənişlər Bazarı) zonasına qoşulmaq və Aİ ilə yaxınlaşmaq üçün dövlət satınalmaları haqqında qanunvericiliyi islah etmək niyyətindədir.

Bu barədə Türkiyənin maliyyə naziri Mehmet Şimşek iqtisadiyyat üzrə Avropa komissarı Valdis Dombrovskis ilə danışıqların yekunlarına əsasən bildirib.

SEPA-da iştirakın transsərhəd ödənişləri sürətləndirəcəyi və ucuzlaşdıracağı, qanunlardakı dəyişikliklərin isə Aİ şirkətləri üçün bərabər şərait təmin edəcəyi gözlənilir. Ankara həmçinin iqtisadi inteqrasiyanı dərinləşdirməyi və böyük ticarət potensialını üzə çıxarmağı planlaşdırır.