Aİ 2027-ci ilə qədər şəkər istehsalını 15% azaldacaq

11:50 - 3.07.2026


3 iyul, Fineko/abc.az. Aİ-də 2026-2027-ci illər mövsümündə şəkər istehsalı, ilk növbədə, şəkər çuğunduru əkilən sahələrin azaldılmasına görə azalacaq.

Bu barədə Avropa Komissiyasının Birgə Tədqiqat Mərkəzinin (JRC) proqnozunda bildirilir.

Aİ-də şəkər çuğunduru 1,224 milyon hektar ərazini əhatə edəcək ki, bu da ötən illə müqayisədə 8,4% azdır (keçən il bu bitki 1,336 milyon hektarda əkilmişdi). 2024-2025-ci il mövsümündə isə şəkər çuğunduru üçün 1,512 milyon hektar ərazi ayrılmışdı.

Mövcud isti havaya baxmayaraq, Avropa Komissiyası məhsuldarlığın çoxillik orta səviyyədə, İtaliya, Macarıstan, Almaniya, Avstriya və Belçikada isə bir qədər yüksək olacağını proqnozlaşdırır. Aİ-nin əksər hissəsində şəkər çuğunduru üçün yaxşı şərait qalmaqdadır.

2025-2026-cı il mövsümündə Aİ-də 16,579 milyon ton şəkər istehsal edilib. 2026-2027-ci illər mövsümü üçün proqnoz 15% azaldılaraq 14,130 milyon tona endirilib.