10:15 - 3.07.2026
3 iyul, Fineko/abc.az. “Azəristiliktəchizat” ASC-nin ümumi aktivlərində cüzi artım qeydə alınsa da, öhdəlikləri azaldılıb.
Bu barədə qurumun 31 dekabr 2025-ci il tarixinə olan illik maliyyə hesabatında qeyd edilib. Şirkətin cəmi aktivləri 2024-cü illə müqayisədə 0.31% artaraq 163 milyon 262 min manatdan 163 milyon 775 min manata yüksəlib.
Aktivlərin əsas hissəsini təşkil edən uzunmüddətli aktivlər (əmlak, tikili və avadanlıqlar) isə 0.06% artımla 128.9 milyon manat olub.
Cari aktivlərin tərkibində mal-material ehtiyatlarında artım müşahidə olunub. Bu göstərici ötən ilə nisbətən 22.5% artaraq 5 milyon manatdan 6.1 milyon manata çatıb.
Hesabat dövründə ASC-nin cəmi öhdəliklərinin 13.2% azalaraq 87.2 milyon manatdan 75.7 milyon manata enib. O cümlədən, uzunmüddətli borc öhdəlikləri 29% (11 milyon manata) azaldılıb.
Şirkətin yığılmış zərəri 6% (təxminən 7.3 milyon manat) azalaraq 122.2 milyon manatdan 114.8 milyon manata düşüb.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026