“SOCAR Exploration International” MMC-nin nizamnamə kapitalı artırılıb

17:29 - 1.07.2026


1 iyul, Fineko/abc.az. Dövlət Neft Şirkətinin törəməsi “SOCAR Exploration International” MMC-nin nizamnamə kapitalı artırılıb.

ABC.AZ xəbər verir ki, nizamnamə kapitalı 14.22 milyon manata çatdırılıb.

Qeyd edək ki, “SOCAR Exploration International” MMC 2025-ci il aprelin 30-da 10 min manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb. Cari ilin fevral ayında şirkətin kapitalı əvvəlcə 10 min manatdan 14.12 milyon manata, iyul ayında isə 14.22 milyon manata yüksəldilib.