Azərbaycan mis ixracını 7 faizdən çox artırıb

16:43 - 1.07.2026


1 iyul, Fineko/abc.az. Azərbaycan bu ilin yanvar-may aylarında 16,4 milyon ABŞ dolları dəyərində mis və ondan hazırlanan məmulatlar ixrac edib.

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib. Komitədən vurğulanıb ki, bu, illik müqayisədə 13,3% çoxdur.

Hesabat dövründə Azərbaycanın mis və ondan hazırlanan məmulatlarının idxalı 21.3 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 7,7% çoxdur.

Bu dövrdə mis və ondan hazırlanan məmulatların idxalı Azərbaycanın ümumi idxalının 0.31%-ni, ixracı isə ümumi ixracın 0.12%-ni təşkil edib.