14:47 - 1.07.2026
1 iyul, Fineko/abc.az. 2025-ci ildə müsabiqə əsaslı dövlət satınalmaları həyata keçirmiş təxminən 1 400 təşkilatın 900-dən çoxu satınalma fəaliyyətinə yalnız ikinci rübdən başlayıb.
ABC.AZ xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Bakıda keçirilən INTOSAI-ın Dövlət Satınalmalarının Auditi üzrə İşçi Qrupunun illik toplantısında bildirib.
Onun sözlərinə görə, 2025-ci il ərzində müsabiqə əsaslı dövlət satınalmaları həyata keçirmiş 1 400-dən çox təşkilatın 900-dən çoxu, yəni təxminən 64 %-i satınalma fəaliyyətinə yalnız ikinci rübdən etibarən başlayıb: "2025-ci ildə baş tutmuş satınalmaların strukturunda müsabiqə əsaslı satınalmalar say baxımından cüzi üstünlük təşkil etsə də (52,4 %), məbləğ baxımından bir mənbədən satınalma üsulu üstün olub və ümumi satınalma dəyərinin 54,6 %-ni təşkil edib. Hesablama Palatasının dövlət satınalmaları ilə bağlı apardığı təhlillər hələ yekunlaşmayıb və əldə olunan nəticələr ilkin xarakter daşıyır".
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026