“Rabitəbank”dan 33 illiyinə özəl nağd pul krediti kampaniyası

12:05 - 30.06.2026


30 iyun, Fineko/abc.az. “Rabitəbank” fəaliyyətinin 33-cü ilini müştəriləri üçün xüsusi kampaniya ilə qeyd edir. Bank 33 il münasibətilə nağd pul krediti üzrə kredit faizinə 3+3 faiz, ümumilikdə isə 6 faizədək endirim imkanı təqdim edir.

33 il ərzində milyonlarla müştərinin etibarını qazanan “Rabitəbank” bu əlamətdar tarixi müştəriləri ilə birlikdə qeyd edərək onların maliyyə ehtiyaclarını daha sərfəli şərtlərlə qarşılamağı hədəfləyir. Kampaniya çərçivəsində təqdim olunan üstünlüklər müştərilərə planlarını daha rahat reallaşdırmaq, gözlənilməz xərclərini qarşılamaq və maliyyə imkanlarını daha əlverişli şərtlərlə genişləndirmək imkanı yaradır.

Kampaniya çərçivəsində müştərilər 50 min manatadək məbləğdə, 59 ayadək müddətə nağd pul krediti əldə edərək kredit faizinə 3+3 faiz, ümumilikdə isə 6 faizədək endirim fürsətindən yararlana bilərlər. Kampaniya 10 iyul 2026-cı il tarixinədək davam edəcək.

Kampaniya haqqında daha ətraflı məlumat əldə etmək üçün “Rabitəbank”ın rəsmi internet səhifəsinə daxil ola, 133 Çağrı Mərkəzi ilə əlaqə saxlaya və ya bankın istənilən filialına müraciət edə bilərsiniz.

Onlayn kredit müraciəti ilə prosesi daha da sadələşdirmək mümkündür: https://rbt.az/33-il

Müştəri məmnuniyyətini fəaliyyətinin əsas prioritetlərindən biri hesab edən “Rabitəbank” 33 il ərzində etibarlı tərəfdaş olaraq fərdi və biznes müştərilərinə innovativ maliyyə həlləri təqdim edib. Bank bundan sonra da rahat bankçılıq təcrübəsini inkişaf etdirərək müştərilərinə daha sərfəli məhsul və xidmətlər təqdim etməyə davam edəcək.

Məlumat üçün bildirək ki, “Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və “Rahat bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə “Rabitəbank” müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Zakir Nuriyev Əlibala oğlu və iş adamı, sahibkar Rauf Əliyev Zeynal oğludur.

Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə, ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile”, “Rabita Junior” və “Rabita Business” tətbiqləri, “İnternet Bankçılıq” platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.