Azərbaycandakı fintex şirkətləri bankların innovasiya tərəfdaşlarıdır - Edqar Abdullayev

10:23 - 29.06.2026


29 iyun, Fineko/abc.az. Azərbaycandakı fintex şirkətləri bankların  innovasiya tərəfdaşlarıdır.

ABC.AZ xəbər verir ki, bunu "Azərbaycanın rəqəmsal maliyyə gündəliyi" mövzusunda keçirilən tədbirdə "Azərbaycan Fintex Assosiasiyası" ("AzFina") İctimai Birliyinin İdarə Heyətinin sədri Edqar Abdullayev deyib.

O qeyd edib ki, Azərbaycan artıq təkcə beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkə deyil, həm də maliyyə texnologiyaları, rəqəmsal ödənişlər və innovativ maliyyə həlləri sahəsində regionun inkişaf gündəmini formalaşdıran əsas oyunçulardan birinə çevrilir.

"Son illərdə Azərbaycan Mərkəzi Bankının rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar, açıq bankçılıq təşəbbüsləri, Ani Ödəniş Sistemi, AzQR infrastrukturu, "sandbox" kimi tanınan xüsusi tənzimləmə rejimi, eləcə də digər rəqəmsal maliyyə xidmətlərinin genişləndirilməsi istiqamətində atılan addımlar ölkədə innovasiyaların inkişafı üçün mühüm zəmin yaradıb", - deyə, E.Abdullayev deyib.

Müəllif: Elmir Muradov