16:41 - 26.06.2026
26 iyun, Fineko/abc.az. Böyük Britaniya tarixində ilk dəfə olaraq ölkəni idarə edən monarxın dövlət büdcəsinə ödədiyi vergilərin həcmi rəsmən ictimaiyyətə bəyan edilib.
ABC.AZ Bukingem sarayının (Buckingham Palace) yaydığı rəsmi bəyanata istinadən xəbər verir ki, Kral III Çarlz (Charles III) 2022-ci ildə taxta oturduğu vaxtdan bəri dövlətə 40 milyon dollardan çox (təxminən 32 milyon funt-sterlinq) vergi ödəyib.
Qeyd edək ki, bu hesabatın dərc olunması monarxiya daxilində maliyyə şəffaflığının artırılması və daxili islahatların tərkib hissəsi kimi qiymətləndirilir.