12:31 - 24.06.2026
24 iyun, Fineko/abc.az. FAO və Dünya Bankının mütəxəssisləri AQUASTAT qlobal su resursları monitorinqi məlumatlarını yeniləyib.
ABC.AZ xəbər verir ki, məlumatlara əsasən, adambaşına düşən şirin su yığımında lider Türkmənistan olub (ildə təxminən 4350 m³). Sonrakı yerlərdə Monteneqro və Qayana qərarlaşıb.
Reytinqə həmçinin Özbəkistan, Çili, ABŞ, Uruqvay, Qazaxıstan, Azərbaycan, Peru və Qırğızıstan daxildir.
Əsas səbəb məişət istehlakı deyil, suvarılan kənd təsərrüfatıdır. Belə ki, dünya üzrə şirin suyun 70%-dən çoxu bu sahəyə sərf olunur. BMT bildirir ki, quraq bölgələrdə həddindən artıq su istifadəsi ekosistemlərə təzyiqi artırır və suvarma sistemlərinin modernləşdirilməsini zəruri edir.
24 İyun 2026
25 İyun 2026