Kasko sığortada yeni yanaşmalar tətbiq olunacaq

10:55 - 24.06.2026


24 iyun, Fineko/abc.az. Avtonəqliyyat vasitələrinin könüllü (Kasko) sığortasına yeni yanaşmalar tətbiq olunacaq.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin I müavini Əliyar Məmmədyarov Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda bildirib.

Onun sözlərinə görə, bu dəyişikliklər beynəlxalq sığorta prinsiplərinə uyğunlaşmanı, tərəflərin hüquq və öhdəliklərinin daha aydın müəyyənləşdirilməsini və istehlakçı məmnuniyyətinin artırılmasını təmin edəcək.

O qeyd edib ki, daşınmaz əmlakın icbari sığortası üzrə təkmilləşmələr katastrofik risklərin təsirinin azaldılmasına, sığorta təminatının daha adekvat olmasına və zərərlərin daha operativ qiymətləndirilməsinə imkan verəcək:

"Aqro-sığorta sistemi üzrə yeni qanunvericilik təşəbbüsləri hazırlanıb. Bu dəyişikliklər sistemin institusional əsaslarının gücləndirilməsinə, risklərin daha dayanıqlı idarə olunmasına və dövlət dəstəyinin effektivliyinin artırılmasına xidmət edəcək".

Müəllif: Elmir Muradov