Beş ayda informasiya və rabitə sektoruna 211,1 milyon manat investisiya qoyulub

11:13 - 18.06.2026


18 iyun, Fineko/abc.az. Bu ilin yanvar-may aylarında Azərbaycanın informasiya və rabitə sektoruna 211,1 milyon manat investisiya qoyulub.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 62,3 % çoxdur.

Bu sektora yatırılan investisiyaların ölkə iqtisadiyyatına investisiya qoyuluşunda payı 3,2 % təşkil edib.

2025-ci ildə sektora investisiya qoyuluşu 373,6 milyon manat olub. Bu, 2024-cü illə müqayisədə 46,7 % azdır.