15:57 - 16.06.2026
16 iyun, Fineko/abc.az. 2026-cı ilin I rübündə Azərbaycanın turizm və qarşılıqlı turizm xidmətləri üzrə dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə azalıb, lakin sektor hələ də kiçik həcmli profisit saxlayıb.
ABC.AZ Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–mart aylarında ölkənin qarşılıqlı turizm xidmətləri üzrə ümumi dövriyyəsi 16,6% azalaraq 600 mln. dollar olub.
Həmin dövrdə xaricdən gələn turistlərin Azərbaycanda xərclədiyi və ölkənin qazandığı vəsait 316,7 mln. dollar, Azərbaycan vətəndaşlarının xaricə səfərlərdə xərclədiyi məbləğ isə 310,2 mln. dollar təşkil edib.
Yəni ölkəyə gələn turistlərin xərcləri bir qədər çox olduğuna görə 6,5 mln. dollar müsbət saldo (profisit) yaranıb - başqa sözlə, turizm sahəsində ölkəmiz az da olsa gəlirdə olub.