12:01 - 16.06.2026
16 iyun, Fineko/abc.az. Bu ilin yanvar-may aylarında Azərbaycan Rusiyaya 433,7 milyon ABŞ dolları dəyərində qeyri-neft-qaz məhsulları ixrac edib.
ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 % azdır.
Hesabat dövründə qeyri-neft-qaz ixracının dəyəri Türkiyə istiqamətində 1 il əvvələ nisbətən 21,8 % artaraq 306,2 milyon ABŞ dolları, Gürcüstan istiqamətində 83,1% artaraq 229,7 milyon ABŞ dolları, İsveçrə istiqamətində isə 39,7 % artaraq 178,75 milyon ABŞ dolları olub.
Hesabat dövründə Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri (qeyri-monetar qızıl daxil olmaqla) ötən ilin eyni dövrü ilə müqayisədə 3,65 dəfə artaraq 5,1 milyard ABŞ dolları təşkil edib.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026