"SpaceX" birjada fırtına qopardı: İlk gündə 19% artım və 2 trilyon dollarlıq rekord

19:00 - 13.06.2026


13 iyun, Fineko/abc.az. ABŞ-ın kosmos və aviasiya nəhəngi "SpaceX" şirkətinin hissləri Nasdaq birjasındakı ilk iş günündə kəskin bahalaşıb.

ABC.AZ xəbər verir ki, "SPCX" kodu ilə ticarətə başlayan şirkətin hissləri ilk gündə 19,2% dəyər qazanaraq günü 160,95 dollarla (gün ərzində ən yüksək 176,52 dollar) başa vurub. IPO qiyməti isə 135 dollar idi.

Xəbərin əsas mühüm məqamları:

  • Piyasa dəyəri Tesla-nı keçdi: Bu artımla "SpaceX"-in bazar dəyəri 2,1 trilyon dolara çatıb və İlon Maskın digər nəhəng şirkəti olan "Tesla"nı ($1,5 trilyon) geridə qoyub. Şirkət dünyanın ən dəyərli 7-ci ictimai şirkəti olub.

  • Tarixin ən böyük IPO-su: "SpaceX" xalq arzı çərçivəsində 555,6 milyon səhm sataraq 75 milyard dollar vəsait cəlb edib. Bu, 2019-cu ildə "Saudi Aramco"nun vurduğu 29,4 milyard dollarlıq rekordu qıraraq dünya tarixinə keçib.

  • Mask dünyanın ilk trilyoneri oldu: Uğurlu xalq arzından sonra İlon Maskın ümumi sərvəti 1 trilyon dolları ötüb və o, tarixdə ilk trilyoner kimi qeydə alınıb. Mask şirkətdə 82,4%-lik səs hüququnu qoruyur.