20:58 - 12.06.2026
12 iyun, Fineko/abc.az. İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə müharibəyə son qoyulması və yekun saziş prosesinin başladılması məqsədilə aparılan danışıqlara dair mühüm bəyanat verib.
ABC.AZ xəbər verir ki, nazir öz sosial şəbəkə hesabında etdiyi paylaşımda tərəflər arasında razılığın əldə olunma mərhələsində olduğunu qeyd edib.
Əraqçi memorandumun məzmunu ilə bağlı müxtəlif spekulyasiyalardan qaçmağın vacibliyini vurğulayaraq, "İslamabad Anlaşma Memorandumu yekunlaşmağa və imzalanmağa heç vaxt bu qədər yaxın olmayıb" ifadələrini işlədib.
İran XİN rəhbəri, həmçinin rəsmi Tehranın şəffaf yanaşma mənimsədiyini və sazişlə bağlı bütün təfərrüatların zamanı gəldikdə ictimaiyyətlə tam şəkildə paylaşılacağını diqqətə çatdırıb.
12 İyun 2026
12 İyun 2026
12 İyun 2026
10 İyun 2026
10 İyun 2026
10 İyun 2026
10 İyun 2026
10 İyun 2026