18:00 - 13.06.2026
13 iyun, Fineko/abc.az. ABŞ-da dövlət orqanlarının süni intellekt şirkətlərinə qarşı tənzimləmə və nəzarət təzyiqi ən pik həddə çatıb. Bir qrup ştatın baş prokuroru məşhur "ChatGPT" çatbotunun yaradıcısı "OpenAI" şirkətinə qarşı genişmiqyaslı araşdırmalara başlayıb.
ABC.AZ xəbər verir ki, Nyu-York Baş Prokurorluğu tərəfindən "OpenAI"a rəsmi çağırış vərəqəsi (celb) göndərilib.
Soruşdurulan əsas məqamlar və ittihamlar:
Genişmiqyaslı sənəd tələbi: Prokurorluq şirkətdən istifadəçi təhlükəsizliyi, reklam fəaliyyətləri, istehlakçı məlumatlarının işlənməsi, həmçinin xüsusilə uşaqlar və yaşlılara yönəlmiş tətbiqlərlə bağlı bütün daxili sənədləri tələb edib. Eyni zamanda, süni intellektin istifadəçi davranışlarını manipulyasiya etmə və psixoloji təsir imkanları da mercek altına alınıb.
İlk böyük addım Floridadan gəlib: İyunun əvvəlində Florida ştatı "OpenAI" və onun icraçı direktoru (CEO) Sem Altmana qarşı rəsmi iddia qaldıran ilk ştat olub. 83 səhifəlik dava sənədində şirkətin riskli məhsulu bilərəkdən bazara çıxardığı, təhlükəsizlik xəbərdarlıqlarına məhəl qoymadığı və uşaqların təhlükəsizliyini arxa plana keçirdiyi iddia edilir.
"OpenAI" sözçüsü "The Wall Street Journal"a (WSJ) açıqlamasında baş prokurorların narahatlıqlarını ciddi qəbul etdiklərini və sorğu çərçivəsində rəsmi qurumlarla tam əməkdaşlıq edəcəklərini bəyan edib.