14:47 - 12.06.2026
12 iyun, Fineko/abc.az. 2025-ci ilin dövlət büdcəsinin layihəsi ilə bağlı büdcə sənədləşməsində əsas risklər kimi xam neftin qiymətinin dəyişməsi, dövlət borcu və zəmanəti üzrə maliyyə öhdəlikləri, büdcə xərclərinin dayanıqlı gəlir mənbələri ilə təmin olunmaması və iqlim dəyişiklikləri şərh olunub.
ABC.AZ xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında - "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"Bu risklərdən hesabat ilində neftin qiyməti və iqlim dəyişiklikləri aktual olmayıb, dövlət borcu ilə bağlı isə tələbatın əsasən qısamüddətli istiqrazlarda cəmlənməsi ilə bağlı narahatlıq əsasən aradan qaldırılıb. Sadalanan risklərlə yanaşı, Hesablama Palatası 2025-ci ilin dövlət büdcəsinin layihəsinə Rəyində, eləcə də 2025-ci ilin altı ayı üzrə dərc etdiyi yarımillik məlumatda aktual hesab etdiyi əlavə fiskal riskləri, eləcə də diqqətdə saxlanmalı məqamları əks etdirib", - deyə o qeyd edib.
12 İyun 2026
12 İyun 2026
10 İyun 2026
10 İyun 2026
10 İyun 2026