12:13 - 10.06.2026
10 iyun, Fineko/abc.az. ABŞ Enerji İnformasiyası Administrasiyası (EIA) Azərbaycanda neft və digər maye karbohidrogenlərin hasilatına dair rəsmi proqnozunu açıqlayıb.
ABC.AZ qurumun qısamüddətli enerji hesabatına istinadən xəbər verir ki, ölkədə orta sutkalıq hasilat 2025-ci il üçün qiymətləndirilən 0,57 milyon barel səviyyəsindən 2026-cı ildə 0,55 milyon barelə, 2027-ci ildə isə 0,52 milyon barelə enəcək.
Qurumun hesablamalarına əsasən, 2026-cı ildə hasilat birinci rübdə orta hesabla günə 0,56 milyon barel, ikinci rübdə 0,55 milyon barel, üçüncü və dördüncü rüblərdə isə sutkada 0,54 milyon barel səviyyəsinə düşəcək. Oxşar azalma dinamikasının 2027-ci ildə də davam edəcəyi gözlənilir; belə ki, həmin ilin birinci rübündə hasilatın günə 0,53 milyon barel, ikinci və üçüncü rüblərdə 0,52 milyon barel, dördüncü rübdə isə sutkada 0,51 milyon barel təşkil edəcəyi proqnozlaşdırılır.
16 İyun 2026
16 İyun 2026
15 İyun 2026