11:58 - 10.06.2026
10 iyun, Fineko/abc.az. Ölkədaxili fırıldaqçılıq əməliyyatlarında kəskin artım müşahidə olunur.
ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş Sistemləri və Məhsullarının İnkişafı Departamentinin baş mütəxəssisi Elvin Cuvarov Bakıda keçirilən X Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində bildirib.
Onun sözlərinə görə, rəqəmsallaşma dərinləşdikcə, bankların və ödəniş təşkilatlarının biznes portfeli genişləndikcə fırıldaqçılıq halları da artmağa davam edir:
"Ötən ilin ilk rübündə müəyyən sabit azalma müşahidə olunsa da, ikinci rübdən etibarən ölkədaxili fırıldaqçılıq istiqamətində kəskin artım qeydə alınıb. Müşahidə olunan tendensiya ölkəxarici fırıldaqçılıq əməliyyatlarında məbləğin nisbətən aşağı, əməliyyat sayının isə daha yüksək olduğunu göstərir. Bu kateqoriyada əsasən kartın fiziki iştirakı olmadan həyata keçirilən elektron ticarət ("e-commerce") əməliyyatları üstünlük təşkil edir. Nəticədə belə fırıldaqçılıq halları say baxımından çox olsa da, məbləğ baxımından nisbətən kiçik olur".
11 İyun 2026
11 İyun 2026
11 İyun 2026