11:19 - 31.07.2026
31 iyul, Fineko/abc.az. Azərbaycanda iqtisadi artımın (ÜDM) bu il 0,5 faiz, qeyri-neft-qaz sektoru üzrə ÜDM artımının 2,4 faiz olacağı proqnozlaşdırılır.
ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, 2027-ci ildə isə iqtisadi artımın 2,6 və qeyri-neft-qaz sektoru üzrə 3,9 faiz təşkil edəcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, AMB-nin sonuncu proqnozunda ölkə iqtisadiyyatı artımının bu il 1,1 faiz, qeyri-neft-qaz sektoru üzrə 3,2 faiz olacağı proqnozlaşdırılmışdı.
Müəllif: Elmir Muradov
5 Avqust 2026
5 Avqust 2026
4 Avqust 2026