10:42 - 31.07.2026
31 iyul, Fineko/abc.az. 2026-cı ilin yanvar–iyun aylarında Azərbaycanda nağd xarici valyutanın alışı satışını 482 milyon ABŞ dolları üstələyib.
Mərkəzi Bankın (AMB) məlumatına görə, təklifin tələbi qabaqlaması prosesi həm nağd, həm də qeyri-nağd valyuta seqmentlərində müşahid olunub.
Valyuta bazarında tələbin kəskin azalması və təklifin əhəmiyyətli dərəcədə artması fonunda AMB bazara alışyönlü müdaxilə həyata keçirib. Nəticədə qurumun valyuta ehtiyatları cari ilin keçən dövründə 2,2 milyard dollar (19,5%) artaraq 13,8 milyard dollara çatıb.
Bununla yanaşı, fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsində də azalma qeydə alınıb. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma dərəcəsi son 12 ayda 3,8 faiz bəndi azalaraq may ayında 25,6%-ə düşüb.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026