Bu ölkədə tərəvəz qiymətlərini sabit saxlamaq üçün əkin materialı məhv edilib

20:29 - 8.06.2026


8 iyun, Fineko/abc.az. Gələcəkdə tərəvəz bazarında mümkün artıq istehsalın qarşısını almaq üçün Belçikanın tərəvəz istehsalçıları birliyi INGRO əkin materialını məhv edib və fermerlərə kompensasiya ödəyib.

ABC.AZ xəbər verir ki, bu addım mövsümün sonunda qiymətlərin kəskin enməsinin qarşısını almağa yönəlib. INGRO-nun məlumatına görə, bəzi istehsalçılar uzun müddət emalçılardan təklif gözləyib və qiymətlərin və tədarük həcmlərinin azaldılması tələbləri ilə üzləşib. Bəzi hallarda emalçılar qiymətləri 15%-ə qədər endirməyi təklif ediblər.

Fermerlər xərcləri əvvəlcədən çəkirlər, lakin satış zəmanəti olmadığından vəziyyət qeyri-sabit qalır, deyə INGRO rəhbəri Lük De Vaele bildirib. İlk dəfə olaraq təşkilat əkin materialının bir hissəsini məhv edib və bununla təxminən 1 min tonluq təklifi azaldaraq minimal qiymətlərlə alışın qarşısını alıb.

Fermerlər isə bu kimi vəziyyətlərin gələcəkdə də təkrarlana biləcəyini istisna etmirlər.