14:19 - 29.07.2026
29 iyul, Fineko/abc.az. «Meta» şirkətinin baş icraçı direktoru (CEO) Mark Zukerberq «Financial Times» qəzetinə verdiyi müsahibədə bildirib ki, Vaşinqtonun Çin istehsalı olan süni intellekt (AI) modellərini qadağan etməsi texnoloji yarışda həll yolu deyil. Birləşmiş Ştatlar qadağalarla deyil, innovasiyaları gücləndirməklə rəqabət aparmalıdır.
Zukerberq ABŞ-nin süni intellekt şirkətlərinin daxili bazarda tənzimləmələr yolu ilə rəqabəti məhdudlaşdırmaq cəhdlərinə qarşı xəbərdarlıq edib. Onun sözlərinə görə, bu cür addımlar tənzimləyici qurumların sahə nəhəngləri tərəfindən təsirlənməsi riskini yaradır.
«Meta» rəhbəri vurğulayıb ki, qadağalar əvəzinə ABŞ şirkətləri inkişafı ləngidən sistemli maneələri müəyyən edib aradan qaldırmalıdırlar. O, həmçinin kibertəhlükəsizlik narahatlıqlarını əsas gətirərək ən qabaqcıl süni intellekt alətlərinin məhdudlaşdırılmasını yanlış yanaşma adlandırıb. Zukerberqin fikrincə, bu texnologiyalar təhlükə yaratmaqla yanaşı, təhlükəsizlik boşluqlarının tapılması və aradan qaldırılmasına da kömək edir.
29 İyul 2026
27 İyul 2026