SOCAR-ın prezidenti "Chevron"un regional rəhbəri ilə görüşüb

20:27 - 2.06.2026


2 iyun, Fineko/abc.az. Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf "Chevron" şirkətinin Avrasiya biznes bölməsinin idarəedici direktoru Derek Maqnes ilə görüşüb.

ABC.AZ-a SOCAR-dan verilən məlumata görə, görüşdə "Chevron" şirkətinin Azərbaycandakı uğurlu fəaliyyəti məmnunluqla qeyd olunub. Tərəflər Bakı Enerji Həftəsinin açılış mərasimi çərçivəsində iki şirkət arasında imzalanmış sənədin əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.

Görüşdə müzakirə edilən əsas məqamlar:

  • SOCAR ilə "Chevron" arasında imzalanmış yeni sənəd üzrə icra olunacaq işlərin nəzərdən keçirilməsi;

  • Şirkətlər arasında həm Azərbaycanda, həm də digər ölkələrdə birgə layihələrin həyata keçirilməsi imkanları;

  • Qarşılıqlı maraq doğuran digər strateji məsələlər ətrafında fikir mübadiləsi.