17:19 - 2.06.2026
2 iyun, Fineko/abc.az. İran ətrafında yaranmış vəziyyətə görə Türkiyənin turizm sektoru gündə 10 milyon dollara qədər itki ilə üzləşə bilər.
ABC.AZ xəbər verir ki, bu barədə Türkiyə hökumətində məlumat verilib.
Buna turistlərin ehtiyatlı davranması və sifarişlərin daha gec həyata keçirilməsi səbəb olur.
Daha əvvəl “Ekonomim” işgüzar qəzeti bildirmişdi ki, Yaxın Şərqdə gərginliyin davam etməsi halında Türkiyə büdcəsi 10–20 milyard dollar əlavə yük ilə qarşılaşa bilər.