14:55 - 2.06.2026
2 iyun, Fineko/abc.az. Azərbaycan 2026-cı ildə qaz ixracı coğrafiyasının genişləndirilməsini davam etdirəcək.
ABC.AZ xəbər verir ki, bu barədə Beynəlxalq Qaz İttifaqının İcraiyyə Komitəsi, SOCAR-ın vitse-prezidentinin müavini Vitaliy Bəylərbəyov 31-ci Bakı Enerji Forumunda bildirib.
"Hazırda biz qazı 16 ölkəyə tədarük edirik. Bu rəqəm artacaq. O (ölkələrin sayı - red.) elə bu il artacaq. Siz dünən burada, Bakıda imzaladığımız müqavilə barədə bilirsiniz. Lakin yeni müqavilələr və coğrafiyamızın daha da genişləndirilməsi də olacaq", - V. Bəylərbəyov deyib.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycan təxminən 25 milyard kubmetr qaz ixrac edib, bunun da yarısından çoxu Avropaya yönəlib.