"SOCAR Polymer" MMC 4 ayda 90,3 milyon dollarlıq məhsul ixrac edib

11:50 - 2.06.2026


2 iyun, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 57 %-lik törəməsi olan "SOCAR Polymer" MMC 90,3 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

ABC.AZ-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın may sayında bildirilir.

Bu, 2025-ci ilin 4 ayı ilə müqayisədə 7,8 milyon ABŞ dolları və yaxud 9,5 % çoxdur.

Ötən 4 ayda Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracı əvvəlki ilin eyni dövrünə nisbətən 13 % artaraq 1,1 milyard ABŞ dolları təşkil edib.