Azərbaycan bölgədə enerji istehsalı ilə yeni tərəfdaşlıq yaradır - Nazir

14:30 - 1.06.2026


1 iyun, Fineko/abc.az. İnvestisya məhdudiyyətlərinə baxmayaraq Azərbaycan neft-qaz sahəsində yeni eraya qədəm qoyub.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycanın Energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Bakı Enerji Həftəsində çıxış edərkən deyib.

Onun sözlərinə görə, SOCAR-ın bir çox ölkəyə investisiyaları Azərbaycanın etibarlı enerji ölkəsi olduğunu sübut edir:

"Azərbaycan 20-dən çox ölkəyə qaz ixrac edir. Avropaya bu il 16 milyard kubmetr qaz ixrac olunub. Avropa bizim üçün əsas bazar hesab olunur. Qazdan elektrik enerjisi istehsalı 8 faiz artıb. Onunda qeyd edim ki, enerji keçidi sürətlənsə də, neft əsas ixrac olacaq. Elektrik enerjisinə gəldikdə hazırda elektrik enerjisinə tələbat ümumi enerjiyə tələbatı 3 qat üstələyir. Rəqəmsal texnologiyalara toxunsaq burada da maraqlı dəyişim baş verib. Belə ki, rəqəmsal texnologiya getdikcə misdən və yeraltı resurslardan asılıdır. Hazırda ölkələrin milli təhlükəsizliyi də enerji resursları ilə əlaqəlidir. 2032-ci ildən etibarən enerjiyə tələbat artacaq. Beləliklə Azərbaycan bu bölgədə enerji istehsalı ilə yeni tərəfdaşlıq yaradır və yaradacaq".

Müəllif: Elmir Muradov