15:40 - 22.05.2026
22 may, Fineko/abc.az. SpaceX şirkətinin rəhbəri İlon Mask bir sıra şərtlərin yerinə yetirilməsi halında 1 milyard səhm paketi əldə edə bilər. Bu şərtlərə şirkətin kapitallaşmasının 7,5 trilyon dollara çatdırılması və Marsda ən azı 1 milyon əhalisi olan daimi koloniyanın yaradılması daxildir.
ABC.AZ Bloomberg-ə istinadən xəbər verir ki, daha əvvəl direktorlar şurası şirkətin nəticələrindən asılı olaraq səhmlərin mərhələli şəkildə bölüşdürülməsini artıq təsdiqləyib. Hədəf göstəricilərinə nail olunduğu təqdirdə bonus paketinin dəyəri yüz milyardlarla dollar təşkil edə bilər.