Çin aviaşirkətləri yanacaq bahalaşması və tələbin azalmasına görə zərərlə üzləşə bilər

14:45 - 22.05.2026


22 may, Fineko/abc.az. “Air China”, “China Eastern Airlines” və “China Southern Airlines” daxil olmaqla Çin aviaşirkətləri 2026-cı ili ümumilikdə təxminən 3,2 milyard dollar zərərlə başa vura bilər.

ABC.AZ xəbər verir ki, buna səbəb İrandakı münaqişədən sonra aviasiya yanacağının bahalaşması və daxili bazarda zəif tələbatdır.

Bundan əlavə, yüksək sürətli dəmir yolu ilə rəqabət və yanacaq risklərinin hedcinq edilməməsi Çin aviadaşıyıcılarını daha həssas vəziyyətə salır. Nəticədə reyslərin ləğvi artır, sərnişin axını azalır, qiymət və rüsum artımları isə xərcləri yalnız qismən kompensasiya edir.