12:16 - 22.05.2026
22 may, Fineko/abc.az. 2026-cı ilin yanvar-aprel ayında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 610 milyon 216 min manat sığorta haqqı toplanılıb ki, bu da illik müqayisədə 4% artıb.
ABC.AZ Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 32% çoxalaraq 304 milyon 353 min manat təşkil edib.
Ötən ilin eyni dövründə sığorta yığımlarının həcmi 588 milyon 466 min manat, sığorta ödənişlərinin həcmi isə 231 milyon 333 min manat olub.
20 İyun 2026
20 İyun 2026