Bir ildə yığımları 11 milyon manat azalan sığorta şirkəti hesabat açıqladı

14:37 - 26.10.2026


26 oktyabr, Fineko/abc.az. 2026-cı ilin yanvar-sentyabr aylarının yekunlarına əsasən, “Qala Sığorta” şirkətinin topladığı sığorta haqlarının həcmində mənfi dinamika qeydə alınıb.

2026-cı ilin yanvar-sentyabr dövrü şirkətin sığorta yığımları 52,581 min manat təşkil edib. 2025-ci ilin yanvar-sentyabr dövründə bu göstərici 63,925 min manat səviyyəsində olmuşdu. İllik müqayisədə şirkətin sığorta haqları 18% azalaraq 11,344 min manat geriləyib.

Xatırladaq ki, “Qala Sığorta” 1999-cu ildən fəaliyyət göstərən “Çartis Azərbaycan” şirkətinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 10 017 788 manatdır. Şirkətin səhmləri 100 % “AzReTəkrarsığorta” ASC-yə məxsusdur. Bu şirkət həm də “Qala Həyat Sığorta” ASC-nin səhmlərinin 90 %-nə nəzarət edir.